Aleksey Miller: «Qazprom» Azərbaycan qazının hamısını almağa hazırdır
19 İyun 2010 Şənbə 23:30
«Qazprom» Azərbaycanın təklif etdiyi qazın hamısını almağa hazırdır.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bunu “Qazprom”un rəhbəri Aleksey Miller Sankt-Peterburqda keçirilən mətbuat-konfransda deyib.
O bildirib ki, «Azərbaycan nə qədər həcmdə qaz təklif etsə, biz o qədər həcmdə qaz almağa hazırıq. Bu bizim üçün sərfəlidir.»
Xatırladaq ki, Azərbaycandan Rusiyaya 1 yanvar 2010 il tarixdən etibarən ARDNŞ və “Qazprom” arasında bağlanan müqavilə əsasında qaz verilir. İlk vaxtlar iхraс 0,5 mlrd kubmetr idi, sonradan ixracı iki dəfə artırmaq haqda razılıq əldə olundu. Bu il Rusia Azərbaycandan 1 mlrd kubmetr qaz alacaq, 2011 ildə 2 mlrd. kubmetr.
Rusiya Azərbaycan qazı ilə ölkənin cənub bölgələrini təmin edir. Qaz Bakı-Novo-File qaz kəməri ilə ötürülür. APA


DOSTLARINLA PAYLAŞ:

oyunlar