AGBank "GoldenPay"a qoşuldu
23 İyun 2010 Çərşənbə 16:35
Müştərilərinin rahatlığı üçün bank sözügedən onlayn ödəmə xidməti provayderi ilə işləyəcək.
“AGBank” müştərilərinin rahatlığını düşünərək Azərbaycanda ilk onlayn ödəmə xidməti provayderi olan “GoldenPay”a qoşulub. Bankın mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, bundan sonra "www.agbank.az" saytına daxil olaraq, internet ödəmələr sistemi çərçivəsində kommunal xidmətlər üzrə ödənişləri həyata keçirmək, “Azerfone-Vodafone”, “Bakcell”, “Nar Mobile” mobil telefon operatorlarında balans artırmaq, “Aztelekom” və Bakı Telefon Rabitə İstehsalat Birliyinin stasionar telefon operatorlarında onlayn-ödəmə, habelə internet və kabel televiziyası provayderləri olan şirkətlərin xidmətləri üzrə abunə haqqını ödəmək imkanı yaranacaq.

Ümumilikdə bu sistem vasitəsilə 50-dən artıq şirkətə online ödəmə həyata keçirmək mümkündür.
“GoldenPay” ödəniş sistemindən yararlanmaq üçün istənilən banka aid “Visa”, “Visa Elektron” və “MasterCard/Maestro” kartları ilə ödəniş həyata keçirmək, mal və ya xidmət əldə etmək mümkündür. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar