ABŞ-ın 11 trilyon dollardan artıq borcu var
04 İyul 2009 Şənbə 18:55
Mütəxəssislər müvafiq rəqəmin yaxın illərdə artacağını ehtimal edirlər

Hazırda ABŞ-ın milli borcu 11,5 trilyon dollar təşkil edir. ANS PRESS-in “Associated Press”ə istinadən verdiyi xəbərə görə, mütəxəssislər bu məbləğin yaxın illərdə daha 12,5 trilyonadək artacağını ehtimal edirlər.

Hesablamalardan belə bir nəticə ortaya çıxır ki, hər bir Amerika vətəndaşının borcu orta hesabla 37 min dollara bərabərdir. Ötən il hökumət kreditləri üzrə faiz ödəmələri 452 milyard dollardan artıq təşkil edib. /ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar