ABŞ-da işsizliyin artacağı barədə xəbərdarlıq edilib
22 İyul 2009 Çərşənbə 01:50
Federal Rezerv Sisteminin başçısının sözlərinə görə, ABŞ iqtisadiyyatının bərpası bu ilin sonlarından başlayacaq

 

ABŞ Federal Rezerv Sisteminin başçısı Ben Bernanke Konqerssdə çıxışı zamanı ölkə iqtisadiyyatında sabitləşmə əlamətlərinin müşahidə edildiyini bildirib.

Onun sözlərinə görə, Amerika iqtisadiyyatının bərpası bu ilin sonlarından başlayacaq. Ancaq işsizlik səviyyəsi 2011-ci ilə qədər yüksək qalacaq.

Bernankenin sözlərinə görə, belə olan halda uçot dərəjəsi müəyyən müddət ərzində aşağı səviyyələrdə qalmalıdır./ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar