ABŞ-da 124 bank bağlanıb
22 Noyabr 2009 Bazar 00:50
ABŞ-da 124 bank bağlanıb. “Commerce Bank of Southwest Florida” bankı ləğv edilib.
ABŞ-da növbəti regional bank bağlanıb. Florida ştatında yerli “Commerce Bank of Southwest Florida” bankının lisenziyası alınıb və 80 milyon dollarlıq aktivlərinin ləğvi barədə qərar çıxarılıb.
Federal Sığorta Depazitləri Korporasiyasının (FDIC) yaydığı məlumata görə, müflislik aktivləri Minnesotanın “Central Bank” bankına satılıb və o, bağlanan bankın bütün müştəri hesablarına xidmət etməyi öz üzərinə götürülüb.
Beləliklə, Amerikada müflis olan bankların sayı 124-ə çatıb. Ötən il isə bu göstərici 25-ə bərabər idi. Bununla belə, problemli bankların siyahısında 416 müəssisənin adı var. Onların hər biri yaxın vaxtlarda bağlana bilər. ANSPRESS



DOSTLARINLA PAYLAŞ:

oyunlar