ABB Moskva depozit dərəcəsini yenidən azaldıb
02 Fevral 2011 Çərşənbə 13:00
Bankda olan azalma bir sıra əmanətlərə aid edilib
Azərbaycan Beynəlxalq Bankının (ABB) törəməsi olan Beynəlxalq Bank-Moskva (ABB Moskva) depozit dərəcəsini yenidən azaldıb. Bankın mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, azalma əsasən "Klassik", "İnvestisiya", "Lüks", "Universal VİP", "Universal Platinum", "Multivalyuta" və "Yığım" əmanətlərinə aiddir.
Nəticədə rubl əmanətləri üzrə maksimal dərəcə 0,8 faiz bəndi azalıb illik 9,75 faiz olub. Bu, ilin əvvəlindən ikinci və son 5 ayda üçüncü azalmadır.
Xatırladaq ki, bu gün bank yalnız "Mövsümi", "Müddətli artırılan", "Yığım", "Universal", "Universal +" və "Universal VIP" əmanətlər qəbul edir.
Bu arad, “ABB-Moskva” bu ilin fevral ayından yeni kartların emissiyasına başlayır. Yeni gömrük karlarını gömrük ödəniçləri ödəmək üçün nəzərdə tutulub.
Qeyd edək ki, "ABB-Moskva" 24 yanvar 2002-ci ildə təsis edilib və Rusiyanın 100 faiz xarici kapitallı rezident bankıdır. Bankın səhmlərinin 100 faizi Azərbaycan Beynəlxalq Bankına məxsusdur.
DOSTLARINLA PAYLAŞ: