750 milyard avroluq stabilləşmə
10 May 2010 Bazar Ertəsi 11:35
Avropa Birliyinin stabilləşdirmə fondunun həcmi məhz bu qədər olacaq.
Avropa Birliyinin stabilləşdirmə fondunun həcmi 750 milyard avro təşkil edəcək. Bu barədə Avropa Birliyinin maliyyə nazirlərinin dünən keçirdiyi Şurasında qərar qəbul olunub.

İspaniyanın maliyyə naziri Elena Salqadonun sözlərinə görə, avrokomissiya 60 milyard avro dəyərində kredit cəlb etmək niyyətindədir. Avrozona ölkələrinin ikitərəfli maliyyələşməsi isə 440 milyard avro təşkil edəcək. 250 milyard avro dəyərində əlavə məbləği isə Beynəlxalq Valyuta Fondu əlavə edəcək.

Qeyd edək ki, bu qərara Avropa Birliyi ölkələrinin maliyyə nazirlərinin səviyyəsində keçirilən 11 saatlıq iclasda əldə olunan nəticədən sonra gəlinib. Belə bir addımın atılmasına səbəb Yunanıstanda baş verən maliyyə böhranın bütün Avropa ölkələrini əhatə edə biləcəyi təhlükəsinin qarçısını almaq olub. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar