Zirvələrə doğru konsert-müsabiqə keçiriləcək
31 Yanvar 2013 Cümə Axşamı 19:30
Zirvələrə doğru konsert-müsabiqəsində 16 yaşdan – 30 yaşadək olan isdedadlı gənclər yarışacaq.
Heydər Əliyev Sarayında “Zirvələrə doğru" konsert-müsabiqə keçiriləcək. Sarayın mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, müsabiqədə 16 yaşdan – 30 yaşadək olan gənclər – səsi, musiqi alətinlərində ifaçılıq bacarığı, aktyorluq, bədii qiraət, janqlyorluq janrında istedadı olanlar və kiçik xor kollektivləri iştirak edə bilərlər.

Müsabiqənin birinci seçim turu üçün müraciətlər fevralın 1-dən 20-dək qəbul olunacaq. Seçim turlarının sonunda müəyyən ediləcək tarixdə Heydər Əliyev Sarayında daha istedadlı iştirakçıların böyük konsert proqramı keçiriləcək.

Arzu edənlər müsabiqənin təşkilat komitəsinə müraciət edə bilərlər. Təşkilat Komitəsinin əlaqələndiricisi Sarayın rejissoru Sədaqət Cəfərovadır.
Əlaqə telefonları:
(012) 498 - 84 – 67, 498 – 84 – 76. (ext. 134)
Mobil: (055) – 482 – 20 – 40
e-poçt: [email protected]

Ətraflı məlumat: www.ha-saray.az, www.facebook.com/heydaraliyevpalace


DOSTLARINLA PAYLAŞ:

oyunlar