Yol polisinden Panamericano reqsi
06 Sentyabr 2013 Cümə 14:38
Reqs eden yol polisi kameraya tuş gelib.
Bu ilginc video sosial şəbəkələrdə yayılıb və harada çəkildiyi dəqiq məlum deyil. Bununla belə görüntülərə əsasən ehtimal etmək olar ki, ötən əsrin 50-cı illərində yaranmış və hələ də populyar olan bu rok musiqisinin ritmlərinin sədaları altında, gizləndikləri kolun arxasında rəqs edən DYP əməkdaşları hansısa rayon yollarından birində, yaxud Bakıətrafı kəndlərdə “hərəkətin təhlükəsizliyini təmin edirlər”.
Ehtimal ki, onların rəqsini ya DYP avtomobilində quraşdırılmış kamera, ya üçüncü həmkarları çəkib.
“Americano” rok rəqsi Avstraliya musiqi dueti ”Yolanda Be Cooli”nin ilk dəfə 1956-cı ildə oxuduğu “We No Speak Americano” sinqlinin musiqisi əsasında yaranıb. Bu sinql yaranandan dərhal sonra bütün dünyada məşhurlaşıb və beynəlxalq hitə çevrilib. O, hələ də dünyada populyar olaraq qalır.
DOSTLARINLA PAYLAŞ: