Yaşlı çobanla pula görə evlənən gənc qadın pərt oldu
11 İyun 2013 Çərşənbə Axşamı 09:26
Öləndən sonra zəngin çoban mirasına yaxın qohumuna vəsiyyət edib.
Fransada çox maraqlı hadisə baş verib. Marsel Amfoks adlı 66 yaşlı çoban özündən 26 yaş cavan qadınla evlənib. Hər kəs qadının çobanla pul üçün evləndiyini deyiblər. Lakin 40 yaşlı Sandra Devid hər kəsə ərini çox sevdiyini deyib və onunla dövlət xatirinə evlənmədiyini bildirib. Sonradan isə qadının hiyləsi özünü göstərib. Marsel arvadının dostu ilə avtomobildə gedərkən qəzaya uğrayıb. Qəzada sürücü yaralanmasa da, çoban ölüb. Bunu eşidən hər kəs çobanın qəzaya düşməsinin təsadüfi olmadığını deyib. Sonradan məlum olub ki, zəngin çoban mirasına yaxın qohumuna vəsiyyət edib. Arvadına isə bir qəpik belə saxlamayıb. Sandra Devid bunu eşidəndə şoka düşüb.



DOSTLARINLA PAYLAŞ:

oyunlar