Xeyriyə qurumlarına ən çox müsəlmanlar yardım edir
23 İyul 2013 Çərşənbə Axşamı 07:14
Son iki il ərzində xeyriyə qurumlarına yardım göstərən müsəlmanların sayı artıb.
İngiltərədə fəaliyyət göstərən “ICM” araşdırma şirkəti, 4000 nəfər arasında sörğu keçirərək müəyyən ediblər ki, xeyriyə qurumlarına ən çox yardım göstərənlər məhz müsəlmanlardır. ANS PRESS Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunun nəticəsində ötən il xeyriyə qurumlarına müsəlmanlar adam başına orta hesabla 371 sterlinq (444 manat), yəhudilər isə 270 sterlinq (323 manat) yardım ediblər.
“ICM” araşdırma şirkəti bəyan edib ki, İngiltərədə son iki il ərzində xeyriyə qurumlarına yardım göstərən müsəlmanların sayı artıb.
DOSTLARINLA PAYLAŞ: