Uqo Çavesi quş cildində gördüm
03 Aprel 2013 Çərşənbə 04:25
Mərhum prezident barədə mistikalar davam edir.
Venesuellanın vitse-prezidenti Nikolas Maduro ölkənin sabiq prezidenti Uqo Çavesi kiçik quş cildində gördüyünü deyib. Maduro mərhum liderin prezident seçkisi üçün ona xeyir-dua verdiyini iddia edib. Madurro, kiçik quşu səhər tezdən dua etmək üçün kilsəyə gedərkən gördüyünü bildirib.

Qeyd edək ki, aprelin 9-da Venesuellada seçki kampaniyası başlayacaq. Prezidentlik üçün Madurro ilə yanaşı müxalifətçi Enrike Kaprilesin də namizədliyi təsdiqlənib. Keçirilən yoxlamalrda isə Madurronun daha populyar olduğu bildirilib. Ölkədə prezident seçkisi aprelin 14-də keçiriləcək.

Xatırladaq ki, bir neçə gün əvvəl Venesuelanın dövlət telekanalında Uqo Çavesi cənnətdə göstərən animasiya filminin nümayişi olmuşdu.


DOSTLARINLA PAYLAŞ:

oyunlar