Uçan taksi hazırlandı
31 Oktyabr 2013 Cümə Axşamı 10:12
NASA tərəfindən hazırlanan yeni qurğu yaxın 5 il ərzində istifadəyə veriləcək.
Amerikanın Kaliforniya ştatında uçan taksi hazırlanıb. ANS PRESS-in xarici mətbuata istinadən verdiyi məlumata görə, NASA tərəfindən hazırlanan yeni qurğu yaxın 5 il ərzində istifadəyə veriləcək. "Kosmos taksi" adlanan vasitənin artıq sınaq uçuşu da həyata keçirilib.
Əvvəlcə bir helikopterlə müəyyən bir yüksəkliyə qaldırılan vasitə daha sonra sərbəst buraxılıb. Uçan taksi test uçuşunu müvəffəqiyyətlə tamamlayaraq yerə enib.
ABŞ "kosmos taksi"ləri ilə kosmonaftları beynəlxalq kosmos stansiyasına çatdırmağı planlaşdırır. Bu məqsədlə NASA və özəl sektor şirkətləri birlikdə 3 hava nəqliyyatını nəzərdən keçirir.
Qeyd edək ki, NASA 2017-ci ilə qədər bu "kosmos taksi"lərinin tam hazırlanmasını planlaşdırır.
DOSTLARINLA PAYLAŞ: