Üç ən gəlirli peşədən biri vəkillik peşəsidir
05 Aprel 2013 Cümə 18:55
Dünyada vəkillik peşəsi üç ən gəlirli peşələr sırasında ikincidir.
Bəzi ixtisaslar üçün kitabların çatışmazlığı da müşahidə olunur. Məsələn, hüquqlarımızın müdafiəçisi olan vəkil peşəsində olduğu kimi. Amma bu gün peşə bayramlarını qeyd edən vəkillərin yeganə problemi bu deyil.

Bu gün bir çoxlarının məsləhətinə ehtiyacı duyduğu vəkillərin ümumdünya peşə bayramıdır. Statistikaya görə, Azərbaycanda fəaliyyət göstərən vəkillərin ümumi sayı 700-dən çoxdur. Vəkil Ruslan Vəliyev hesab edir ki, bu say Azərbaycan vətədaşlarının ümumi sayı ilə nisbətdə nisbətən aşağıdır. Yüksək natiqlik qabiliyyəti, intellekt, analiz etmə bacarığı tələb edən vəkillik peşəsinə yiyələnməyin çox çətin olduğunu vurğulayan Ruslan Vəliyevin fikrincə, hər hüquqşünas vəkil ola bilməz.

Vəkil həmçinin qeyd edib ki, bu gün dünyada vəkillik peşəsi üç ən gəlirli peşələr arasında ikincidir. Azərbaycanda vəkilliyin səviyyəsi ilə bağlı məsələyə münasibət bildirən Ruslan Vəliyev təəssüflə qeyd bildirib ki, bu gün ali təhsil müəssisələrinin hüquq fakultələrində vəkillliklə bağlı heç bir fənn yoxdur.

Hər bir sənət növündə olduğu kimi, bu peşənin də bir çox çətinliklərinin olduğunu deyən Ruslan Vəliyevin hüquq tələbələrinə bəzi tövsiyyələri də var. Onun fikrincə, bu peşədə uğur qazanmağın əsas şərti mütəmadi olaraq yenilənən hüquqi prosedur qaydaları izləməkdən ibarətdir və hər bir vəkil bu sənətə başlamazdan əvvəl içdiyi anda sadiq olmalıdır.



DOSTLARINLA PAYLAŞ:

oyunlar