Bu da twitter otel. Sol Veyv Haus adlı otel dizaynını ve qonaq qebul etme terzini sosial şebekeye uyğunlaşdırıb.
İspaniyada otellerdən biri etdiyi yeniliklə müştərilərin diqqətini çəkir. ANS PRESS-in məlumatına görə, ölkənin turizm adası hesab edilən Malyorkada yerləşən otellərdən biri yeni dizaynı ilə “Tvitter”i xatırladıb. “Sol Veyv Haus” adlı otel sadəcə dizaynı ilə yox, həm də qonaq qəbul etmə tərzini sosial şəbəkəyə uyğunlaşdırıb. Belə ki, “Tvitter”-in mavi ağ rənglərinə boyanan oteldə qeydiyyat internet vasitəsilə həyata keçirilir.
Həmçinin, insanlar bir-birləri yalnız sosial şəbəkəyə daxil olaraq əlaqə qura bilirlər. Məsələn, otaq xidməti istəyən müştərilər “Tvitter”də # otaq xidməti başlığının altına, otellə bağlı hər hansı problemi olanlar isə #qeydiyyat başlığından istifadə edirlər.
Otel indidən müştərilərin marağını cəlb edib.
