Alim Qasımovla da görüşən aparıcı onun səsləndirdiyi muğamın “Ayna” proqramında nümayiş ediləcəyini bildirib.
Azərbaycanda səfərdə olan Türkiyənin “Samanyolu” telekanalında yayımlanan “Ayna” proqramının tanınmış aparıcısı Saim Orxan Xalq artisti Alim Qasımovla da görüşüb. Böyük muğam ustadı ilə çəkdirdiyi şəkli şəxsi "Twitter" səhifəsində paylaşan aparıcı onun səsləndirdiyi muğamın “Ayna” proqramında nümayiş ediləcəyini bildirib.
Bundan başqa Şəki şəhərində də olan Saim Orxan öz səhifəsində Şəki halvasının şəklini paylaşıb. “Bu da axşam dadına baxdığımız Şəki halvası adında desert”.
