İrlandiyalı Stivi Starr ən qəribə həzm prosesinə malik olduğuna görə dünyada məşhurdu.
O, praktiki olaraq istənilən əşyanı uda bilər. O, əsl aktyordur və hər çıxışı unudulmaz şouya çevrilir. "Tozsoran adam" lampa, bolt, naringi, diri balıq..., ümumiyyətlə istənilən əşyanı udub, sonra qaytarmaqla tamaşaçıları təəccübləndirməyi bacarır.
Starr bir neçə televiziya proqramlarında iştirak edib. Şoularının birində Stivin diri balığı udur və bir dəqiqədən sonra sağ-sağlam geri qaytarır.
Bu oğlan rəsmi olaraq illiuziyaçı hesab edilir, lakin heç bir ciddi mütəxəssizlər onun fokuslarını hansı üsulla həyata keçirdiyini təxmin edə bilmirlər.
Onu şəkər pudrası ilə göstərdiyi nömrəsi izləyiciləri daha çox heyrətləndirir. Stivi onu su ilə içir, tüpürəndə isə qənd quru olur. Çoxları onda hansısa fizioloji anomaliya olduğunu ehtimal edir. Məsələn, bəziləri Starrda iki qida borusu olduğunu düşünür.
O, özü danışır ki, 4 yaşı olanda eşşəkarılarını udurmuş, sonra isə diri şəkildə geri qayratıtmış.