Toy üçün en yaxşı gün belli oldu
27 İyul 2013 Şənbə 13:10
7 sentyabrda nigaha daxil olmaq xeyirlidir.
Astroloqlar 2013-cü ildə toy üçün ən ideal tarixi müəyyən ediblər. ANS PRESS-in məlumatına görə, Kopenhagendən olan astroloqlar bu tarixin senytabr ayının 7-i olduğunu deyirlər.
Şənbə gününə təsadüf edən bu tarixdə ən uğurlu saat isə 10:35-dir.
Məhz bu zaman Mars və Venera planetləri səmada müəyyən istiqamət üzrə öz yerlərini tutacaqlar. Bu düzülüş ailə qurmağa hazırlaşanlar üçün xeyirli gələcəyin göstərici hesab edilir.
Danimarka hökuməti astroloqların bu xəbərinə biganə qalmayıblar. Belə ki, şəhər meriyası həmin gün aksiya etmək qərarına gəlib. Bu şansı qaçırmaq istəməyənlərə əvvəlcədən ərizə ilə müraciət etmədən şəhər meriyasında nigaha daxil olmağa icazə veriləcək.
Maraqlısı isə odur ki, ay təqvimi ilə qeyd edilən tarix nigah üçün elə də uğurlu vaxt hesab edilmir.
DOSTLARINLA PAYLAŞ: