Temteraqlı evlilik teklifi boşa çıxdı
18 İyul 2013 Cümə Axşamı 03:56
Sevdiyi qız oğlanı pert etdi.
Türkiyənin İzmir şəhərində baş tutan qəribə evlilik təklifi uğursuzluqla nəticələnib. ANS PRESS-in hürriyet.com-a istinadən verdiyi məlumata görə, avtomobilini gəlin maşını kimi bəzəyərək "Mənimlə evlənərsənmi?" yazdıran gəncin Antalyadan Səlçuqa gələn Tanju Gül Səlçuq bələdiyyəsində işləyən sevgilisinə evlənmək təklif etməsi boşa çıxıb. Qız işlədiyi binadan çıxaraq bəzədilmiş maşına yaxınlaşaraq keçmiş sevgilisi Tanjuya "Sən nə etməyə çalışırsan, xahiş edirəm, maşınını da al, burdan get" deyərək hər şeyə son qoyub.



DOSTLARINLA PAYLAŞ:

oyunlar