Spokoynoy noçi malışi qəhrəmanları Bakıya gələcəklər
16 Dekabr 2012 Bazar 04:26
Xryuşa, Stepaşka, Filya, Karkuşa və Mişutka Azərbaycan paytaxtında olacaq.
“Gecəniz xeyrə qalsın, balalar” (“Spokoynoy noçi malışi”) verilişinin qəhrəmanları martın 22-dən 24-dək Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının səhnəsində çıxış edəcəklər. Teatrın mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, zərTAc-a bildirmişlər ki, “Gecəniz xeyrə qalsın, balalar” verilişinin aparıcısı, uşaqların Vitya dayı kimi tanıdıqları Rusiya Dövlət mükafatı, “Qızıl qartal” (“Zolotoy oryol”) kino mükafatı laureatı, məşhur aktyor Viktor Bıçkov və “Papa Karlo” prodüser mərkəzi tərəfindən “Vitya dayı və onun dostlarının televiziya macəraları” musiqili tamaşası təqdim ediləcək.

Tamaşada, həmçinin Sankt-Peterburq səhnəsinin əvəzsiz aktrisası Natalya Paraşkina və verilişin ulduzları Xryuşa, Stepaşka, Filya, Karkuşa və Mişutka da iştirak edəcəklər.

Artıq bu üzunömürlü verilişin 46 yaşı olmasına baxmayaraq “Vitya dayının və onun dostlarının televiziya macəraları” çox aktualdır. Burada uşaqlara aid müasir dünya məsələləri müzakirə olunacaqdır: müasir televiziya xeyirdir, yaxud ziyan, “balaca adam” nəyə baxa bilər, nəyə yox? Bütün reklam edilən məhsullar xeyirlidirmi? Hamı kimi olmaq yaxşıdır, yoxsa başqalarından fərqlənmək? Bütün bu suallara tamaşanın qəhrəmanları - Xryuşa, Stepaşka, Filya, Karkuşa və Mişutka cavab verəcək, Vitya dayı isə onlara kömək edəcək.

Layihənin müəllifi və rejissoru Polina Belinskaya artıq beş ildir ki, “Gecəniz xeyrə qalsın, balalar” verilişi üçün süjet yazır.

İkipərdəli tamaşanın yaradılmasında məşhur uşaq psixoloqları, həkim loqoped iştirak ediblər.


DOSTLARINLA PAYLAŞ:

oyunlar