Şimal qütbünün parçalanma anı
14 Dekabr 2012 Cümə 07:09
Ceyms Baloq belə bir görüntü əldə etmək üçün aylarla gözlədiyini bildirib.
Şimal qütbündəki buzlaqların əriməsi ilə bağlı sənəndli film hazırlayan bir qrup amerikalı tədqiqatçı Qrenlandiya adasında olarkən nəhəng buz parçasının qırılaraq okeana düşməsinə şahidlik ediblər. Tədqiqat zamanı unikal görüntüləri çəkmək rejissor Ceyms Baloqa nəsib olub. Həcminə görə, 7 kub kilometr təşkil edən buz parçasının qırılma zamanı çıxardığı səs isə tükürpədici olub. Belə bir görüntü əldə etmək üçün aylarla gözlədiyini bildirən Baloq qeyd edib ki, parçanın sahəsi təxminən Manhettan şəhərinin sahəsi qədərdir.




DOSTLARINLA PAYLAŞ:

oyunlar