Serial izleyen qadınlar daha tolerantlı olur
02 Sentyabr 2013 Bazar Ertəsi 07:23
Hefte erzinde en azı 6 serial izleyen ailelerde er-arvad arasındakı münasibetler tehlil olunub.
Bu günlərdə Türkiyə televiziyası ekranlarında yeni yayım mövsümü başladığı üçün serial bumu da başlanır. Türkiyədə keçirilən bir araşdırma serialların ailə həyatına təsiri barədə ortaya maraqlı nəticələr çıxarıb. Araşdırma rəhbəri, psixoloq Nedim Mermerci bildirib ki, həftə ərzində ən azı 6 serial izləyən ailələrdə ər-arvad arasındakı münasibətləri təhlil ediblər.

Rəyi soruşulan kişilər bildirib ki, qadınlar sevdikləri serialın yayımlandığı gün və saatda çox tolerant, sevincli olurlar. Həmin gün axşam yeməyinə dadlı təamlar hazırlayan qadınlar bununla ailənin damaq zövqünü də nəzərə alırlar.

Tamamən seriala fokuslanan qadın eyni zamanda əri ilə hansısa münaqişəyə girmir, onun evə gec gəlməsi, ya da gün ərzində telefon zənginə cavab verməməsinə görə dava salmır./müsavat.com


DOSTLARINLA PAYLAŞ:

oyunlar