Görüntü "YouTube"a yerləşdirildikdən dərhal sonra təşvişə səbəb olub
Türkiyənin paytaxtı Ankara şəhərinin səmasında görünən naməlum cism, yaxud da işıq videoya alınaraq "YouTube"a yükləndikdən sonra izləyəcilər arasında təşviş yaşanıb.
ANS PRESS-in məlumatına görə, səmada görünən həmin işığın mənbəyinin haradan gəldiyi anlaşılmır.
Mənzərinin "21 dekabr" ərəfəsində görünməsi isə sakinləri bir qədər də həyəcanlandırıb. İndi müzakirələr bu görüntünün montaj olub-olmaması ilə bağlıdır.