Saqqalını qırx, 1 milyon dollar al!
25 Avqust 2013 Bazar 11:38
Amerikalı məşhur bezbolçu Brian Vilsona saqqalını kəsdirməsi üçün 1 milyon dollar təklif edilib.
Amerikalı məşhur bezbolçu Brian Vilsona saqqalını kəsdirməsi üçün 1 milyon dollar təklif edilib. ANS PRESS-in xarici mətbuata istinadən verdiyi məlumata görə, “800 razors” adlı təraş bıçağı firması Los Ancelesdə yaşayan idmançını reklama çəkmək istəyir.

Şirkət rəhbərliyi B.Vilsona reklam roliqində çəkilməsi və sözügedən təraş bıçağı ilə saqqalını kəsməsi qarşılığında 1 milyon dollar təklif edib. İdmançı reklam təklifini hələlik cavablandırmayıb.

Minlərlə fanatı olan Vilson bəzən saqqalına aksesuar da taxır. Pərəstişkarları onun saqqalından vaz keçməyəcəyinə inandıqlarını bildiriblər.


DOSTLARINLA PAYLAŞ:

oyunlar