Qızıl ayaqqabı
14 Avqust 2013 Çərşənbə 03:03
Alberto Moretti benzeri olmayan, 24 karatlıq qızılla örtülmüş bir cüt qızıl qadın ayaqqabısı hazırlayıb.
İtaliyalı dizayner dəbli ayaqqabı həvəskarlarını qeyri-adi yeniliklə sevindirib. Alberto Moretti bənzəri olmayan, 24 karatlıq qızılla örtülmüş bir cüt qadın ayaqqabısı hazırlayıb.

Rusiya KİV-ləri bildirirlər ki, qızıl ayaqqabının ərsəyə gəlməsində əvvəllər qızıldan futbolkalar hazırlamış “HORO” şirkəti də iştirak edib.

Son vaxtlar bir çox dizaynerlər qızıl ilə işləyirlər, lakin qızıl ayaqqabı dünyada ilk dəfədir ki, hazırlanır.
Üstü qızıl ilə örtülmüş məxmər ayaqqabılar son dərəcə dəblidir və yığcam fasonu vardır.

Dizaynerlər ayaqqabıların eksklyuziv olmasına da diqqət yetirmişlər. Onları dünyada yalnız beş mağazada-Londondakı “Harrods”, Nyu-Yorkdakı “Barneys”, Los-Ancelesdəki “Fred Segal”, Dubaydakı “Level Shoe District” və Honkonqdakı “The Swank” mağazalarından əldə etmək mümkün olacaqdır.
Ayaqqabıların qiyməti onun sahibinin küçədə və ya supermarketdə görünməsinə imkan verməyəcəkdir. Çünki onun qiyməti 2,6 min dollardır.

Dizaynerlər və modabazlar qızıl əşyaları həmişə sevmişlər. Son vaxtlar isə bu nəcib metaldan daha çox istifadə olunur. Məsələn, dizaynerlər qızıl kirpiklər hazırlamışlar. Onun müəllifləri bu məmulatın həddən artıq məşhurluq qazanmasına heyran qalmışlar.
Qızıl kirpiklərin dəyəri 295 dollardır. Onlar əl işidir və 24 karatlıq qızıl təbəqə örtülmüşdür.


DOSTLARINLA PAYLAŞ:

oyunlar