Qazprom rehberine 4 milyon dollarlıq noutbuk
18 İyul 2013 Cümə Axşamı 11:55
4 milyon dollarlıq noutbuk Aleksey Millerin idari işlerini daha rahat göre bilmesi meqsedile alınacaq.
Rusiyanın "Qazprom" şirkətinin rəhbəri Aleksey Miller üçün 4 milyon dollar dəyərinde noutbuk alınacağı xəbərləri Rusiyada geniş müzakirələrə səbəb olub. ANS PRESS-in verdiyi xəbərə görə, "Qazprom"un resmi internet saytında verilən tender elanında Millerin şəxsi istifadəsi üçün qiymeti 120 milyon rubl (4 milyon dollar) keçməmək şərtilə bir noutbuk axtarıldığı bildirilir.

Pulu “Qazprom İnform” tərəfindən ödəniləcək noutbukun Millerin idari işləri daha rahat görə bilməsi məqsədilə alınacağı vurğulanır. Alınacaq noutbuk üçün həftənin hər günü 24 saat işləmə gücündə olması, xarab olduğunda 4 saat içinde təmir edilə bilməsi və yüksək xüsusiyətlərə sahib olması şərtləri var.

Bundan başqa yeni noutbuk vasitəsilə Millerin bütün köməkçilərilə bir toxunuşla ünsiyyət qura bilməsi arzu edilir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar