Qartal kamerada
04 Dekabr 2013 Çərşənbə 08:06
Timsahların müşahidesi üçün qurulan kameranı quş uçurub.
Avstraliyada qartal özünü videokamera vasitəsilə çəkib. Daha doğrusu o açıq rejimdə olan kameranı "oğurlayıb." ANS PRESS-in "Associated Press"ə istinadla verdiyi məlumata görə, Avstraliyada vəhşi təbiətin monitorinqi ilə məşğul olan mütəxəssislər Meri çayı yaxınlığında kamera tapıblar. Bu kamerda timsahları izləmək üçün qurulmuşdu.
Videonu izləyəndən sonra onu kimin oğurladığı bəlli olub. Sən demə qartal çaynaqları ilə kameranı götürərək havada uçub. Daha sonra o kameranı yerə qoyaraq bir necə dəfə obyektivinə dimdik vurub.
Kamera tapılsada qartalın aqibəti bəlli deyil.
DOSTLARINLA PAYLAŞ: