Qadınların Facebookda şekil paylaşması haramdı
13 Avqust 2013 Çərşənbə Axşamı 17:14
İslama göre qadınlar üzlerini ailelerindeki kişiler istisna olmaqla heç kime göstermemelidirler.
“Qadınlar üzlərini ailələrindəki kişilər istisna olmaqla heç kimə göstərməməlidirlər”.

Hindistanlı Halim Firagni Mahli adlı bir müftü qadınların “Facebooka” şəkil yükləməsinin İslam dəyərlərinə zidd olduğunu deyib. Müfti qadınları sosial şəbəkələrdən uzaq durmağa çağırıb.

“İslama görə qadınlar üzlərini ailələrindəki kişilər istisna olmaqla heç kimə göstərməməlidirlər. Biz liberalıq və bizdə “Taliban” zehniyyəti” yoxdur”, - deyən müfti özündən məsləhət istəyən gənclərə bu tövsiyyələri verib:

“Bəzən gənclər bizdən “Facebook”dan “Twitter”dən istifadəyə icazə olub-olmadığını soruşurlar. Onlara icazə veririk. Amma digər tərəfdən şəriət qanunları qadınlara internetə şəkil yükləməyi haram buyurur”.

Mahli açıqlamasının sonunda bildirib ki, əgər hesablar iş səbəbindən açılırsa, problem yoxdur.


DOSTLARINLA PAYLAŞ:

oyunlar