Qadınlar üçün xüsusi dövlət bankı açılır
04 Mart 2013 Bazar Ertəsi 10:05
Ancaq qadınlara xidmət dgöstərəcək bankın nizamnamə kapitalı 186 milyon dollar olacaq.
Hindistan hökuməti qadınlar üçün xüsusi dövlət bankı açmağı planlaşdırır. Bankın nizamnamə kapitalı 186 milyon dollar olacaq. Bununlada hökumət ölkədə kişilərlə bərabər hüquqda məsələsində problemlə üzləşən qadınlar üçün maliyyə xidmətlərini genişləndirmək niyyətindədir.
Eyni zamanda, hökumət qadınların təhlükəsizliyinin qorunması üçün xüsusi fond yaratmağı da planlaşdırır. Bu fond üçün də 186 milyon dollar ayrılacaq.

Qeyd edək ki, son vaxtlar Hindistanda gənc qız və qadınların kütləvi seksual zorakılığa məruz qalması halları artıb. Baş verən hadisələr ancaq ölkədə deyil, hətta dünyada da geniş rezonans doğurub.


DOSTLARINLA PAYLAŞ:

oyunlar