Qadınlar üçün ən yaxşı peşələr
28 Dekabr 2012 Cümə 12:11
Qadınlar üçün ən yaxşı peşələr. Siyahını "Forbes" jurnalı tərtib edib.
"Forbes" jurnalı 2013-cü ildə qadınlar üçün ən yaxşı peşələrin siyahısını hazırlayıb. Siyahı gəlirlilik, mütəxxəssisə ehtiyac olma, maaş artımı potensialı, öz içindən razı olma prinsipləri əsasında hazırlanıb.

ANS PRESS-in Rusiya mətbuatına istinadla verdiyi məlumata görə, siyahıya həkim başçılıq edir. Rəyi soruşulan qadın həkimlərin böyük əksəriyyəti öz peşəsindən razı olub.

İkinci yerdə də tibb sahəsi iççiləri qərarlaşıblar. Bura tibb bacıları, əczaçı və sairə daxildir. Onların 52 faizi işlərindən razıdırlar. Üçüncü yerdə də tibb üzrə alimlər gəlir. Onların 56 faizi peşələrindən razılıq edir.

İlk beşlikdə hüquqşünas, hakim, neft sənayesi üzrə mühəndis, psixoloq, məsləhətçi, təhsil sahəsi üzrə idarəçi ixtisasları var.


DOSTLARINLA PAYLAŞ:

oyunlar