Qadın təkərə zəncir taxdı, kişi sadəcə baxdı
22 Dekabr 2012 Şənbə 05:18
Qarlı havada yol gedən jurnalist böyük “centilmenlik” nümunəsi ilə rastlaşıb.
Türkiyədə qeyri-adi hadisə baş verib. Qarlı havada “centilmenlik” nümunəsinə şahid olan “Cihan” xəbər agentliyinin müxbiri bu qəribə anı videoya çəkib. Məlumata görə, gənc bir qadın qar səbəbindən yolda qalmış avtomobilin təkərinə zəncir taxır, yanında olan kişi isə əlləri cibində sadəcə ona tamaşa edirmiş.
Qeyd edək ki, müxbirin, “Yorulmayasınız, deyəsən hazırlıqsız yaxalandınız?” – sualına kişi şəstlə, “Hə biraz elə oldu” – deyə cavab verir. Müxbirin təkrar, “Taxa bilirsinizmi?” – sualına qadın, “Yox yardım edin” – deyə cavab verir.
Daha sonra qadın, “Deyəcəklər ki, özü dayanıb, zənciri qadına taxdırır” – deyir. Kişi isə, “Nə əlaqəsi var?” – deyərək qadına kömək etmək üçün əyilir.
DOSTLARINLA PAYLAŞ: