Qadın meşqde doğdu
06 İyun 2013 Cümə Axşamı 13:36
İdmançı özü özünden xebersiz ana oldu.
ABŞ-da maraqlı hadisə baş verib. Hamiləliyindən xəbərsiz olan qadın idmançı məşq etdiyi yerdə doğuş başlayıb. ANS PRESS-in dünya mətbuatına istinadla verdiyi məlumata görə, 33 yaşlı Triş Stain hamilə olmasından xəbərsiz olduğu üçün marafon yarışına hazırlaşıb. Lakin məşq zamanı qəfil sancısı tutduğu üçün onu xəstəxanaya aparıblar. Əzələ dartılması olduğunu düşünən qadın burada qız uşağı dünyaya gətirib.

İdmançı qadın 9 ay müddətinə nə əlavə çəki alıb, nə də bətnində hərəkət hiss edib. Onun sözlərinə görə, həyat yoldaşı sperma kanallarının bağlatdırdığı üçün hamilə ola biləcəyi heç ağlına da gəlməyib. Təsadüfən doğulan körpəyə isə möcüzə mənasına gələn "Miracle" kəlməsinin qısa formasını - Mira adı verilib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar