Qadın 102 yaşını paraşütlə tullanmaqla qeyd etdi
04 İyun 2013 Çərşənbə Axşamı 07:36
O, 150 metrlik körpüdən tullanıb.
ABŞ-ın Aydaho ştatının sakini Doroti Kaster 102 yaşını təxminən 150 metrlik körpüdən paraşütlə tullanmaqla qeyd edib.
“Əvvəlcə paraşütlə təyyarədən tullanmağı planlaşdırırdım. Amma sonra ad günümü sakit keçirmək qərarına gəldim”, - uzunömürlü qadın bildirib.
Doroti Kasterin ad gününü ekstremal şəraitdə keçirdiyi birinci dəfə deyil. O, ötən il kanat yolu ilə gəzmişdi.
Uzunömürlüyünün səbəbini qadın belə izah edib: “Heç vaxt yaşım barədə düşünmürəm. Sadəcə olaraq, yaşayıram və bundan zövq alıram”.
DOSTLARINLA PAYLAŞ: