Planşet və smartfonlar seksual aktivliyi azaldır
24 Dekabr 2012 Bazar Ertəsi 11:55
Əksər insanlar isə çarpayıya noutbuklarıyla girirlər.
Planşet və smartfonlar seksual aktivliyi azaldır. ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, britaniyalı sosioloqlar araşdırıblar ki, smartfon, planşet və noutbuklardan istifadə cinsi aktivliyə zərbə vurur. Buna görə insanlar gec yatmalı olurlar.

Sorğuda təxminən 2000 adam iştirak edib. Respondentlərin 15%-i etiraf edib ki, bu cür texnoloji yeniliklərdən istifadə onların seksual həyatlarını kəskin şəkildə aşağı salır. "New-York Daily News"un verdiyi məlumata görə, tədqiqatçılar göstərirlər ki, bu yeni texnologiya təkcə seksual həyatı deyil, həmçinin yuxu üçün vaxtı da xeyli zaldır.

Sorğuda iştirak edən insanların yarısı bildirib ki, onlar vaxtlarını gecə yarıya, hətta səhərə qədər smartfon, planşet və noutbuklarla keçirirlər. 10 il əvvəl yuxuya getmək vaxtı 22:30 idisə hal-hazırda bu gecə yarısına çatıb.

Bundan əlavə, respondentlərin 25 %-i çarpayıya noutbukla girir və vaxtını internetdə keçirir. Onların 15%-i isə etiaraf edib ki, onlar yuxu öncəsi planşet və digər qurğular vasitəsilə müxtəlif televiziya verilişlərinə baxırlar.

Qeyd dək ki, hər 3 respondentdən biri bildirib ki, bir həftə sekslə məşğul olmaya bilər, amma öz sevimli smartfonundan əl çəkə bilməz.


DOSTLARINLA PAYLAŞ:

oyunlar