Peyğəmbər Həzrəti İbrahimin itmiş şəhəri tapıldı
05 Aprel 2013 Cümə 15:36
İraqda arxeoloqlar qazıntılar nəticəsində nəhəng bir kompleksin qalıqlarını aşkar ediblər.
İngiltərəli arxeoloqlar İraqda apardıqları qazıntılar nəticəsində nəhəng bir kompleksin qalıqlarını aşkar ediblər. ANS PRESS-in məlumatına görə, arxeoloqlar Nasiriyə şəhəri yaxınlığında qazıntı aparıblar.

Kompleksin 4500 illik Şumer mədəniyyətinin paytaxtı olan antik Ur şəhərinin qalıqları olduğu iddia edilir. Bu qalıqların azı 4000 illik olduğu və Həzrəti İbrahimin yaşadığı dövrə aid olduğu bildirilir.

Mançestr Universitetinin arxeoloqlarının üzə çıxardığı kompleks təqribən bir futbol stadionu böyüklüyündədir. Qrupun rəhbəri Stüart Kampbell eradan əvvələ aid komplekslərin nadir hallarda tapıldığını və bu qazıntının o dövrə aid bir çox məlumatı üzə çıxarmağa köməkçi olacağını deyib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar