Öpüş rekordu qıranlara mükafat verildi
16 Fevral 2013 Şənbə 11:40
Qaliblər həmçinin hədiyyə olaraq iki üzük əldə ediblər.
Taylandda öpüşmək üzrə rekord yenilənib. ANS PRESS-in Rusiya mətbuatına istinadla verdiyi məlumata görə, yeni rekord 58 saat 35 dəqiqə, 58 saniyədir.
Yaxın günlərdə əldə edilən nəticə Ginnesin rekorlar kitabına salınacaq. Bankonqdan olan cütlük qələbənin əsas mükafatı olan 3300 dollar pulu və iki brilliyant qaşlı üzüyə sahib olub. Öpüş marafonu "Sevgililər günü" münasibətilə keçirilib.
Qeyd edək ki, Taylandda belə yarışın keçirilməsi ilk dəfə deyil. Bu dəfəki müsabiqədə 9 cütlük iştirak edib. Onlardan biri 74 və 73 yaşlı cütlük ancaq bir saat dayana biliblər. Ötən ilki rekord 50 saat olub.
DOSTLARINLA PAYLAŞ: