Öküzün intiqamı
29 İyun 2013 Şənbə 12:54
Matador öküzün buynuzuna tuş gəlib.
Öküz döyüşü qanla bitib. ANS PRESS-in xarici mətbuata istinadən verdiyi məlumata görə, öküzün buynuzuna tuş gələn matador ağır yaralanıb.

Buynuzunu matadorun qarnına keçirən öküz, onu havaya qaldırdıqdan sonra yerə atıb. Daha sonra da matadora bədəninin müxtəlif nahiyələrindən buynuz zərbələri vurmağa davam edən öküzü köməkçi matadorlar çətinliklə uzaqlaşdıra biliblər.

Təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılan matadorun vəziyyətinin stabil olduğu bildirilib. Həkimlər onun tezliklə sağalacağına inandıqlarını deyiblər.



DOSTLARINLA PAYLAŞ:

oyunlar