Oğurlanmış maşınını internetdə tapdı
28 Sentyabr 2013 Şənbə 10:08
Hadisə Amerikanın Missisipi ştatında baş verib.
Amerikanın Missisipi ştatının sakini “Google Earth” internet proqramı sayəsində 6 ay əvvəl oğurlanmış avtomobilini tapıb. ANS PRESS-in ICTnews saytına istinadla verdiyi məlumata görə, ov üçün yaxşı yer axtaran amerikalı sözügedən proqramın köməkliyi ilə ətrafı nəzərdən keçirib. O, qəfildən ərazidə ov komasına oxşar konstruksiya görüb. Dairədə ovçuluğa yalnız onun icazəsi olduğuna görə kişi kəşfiyyata çıxıb. Qəribə obyekt koma yox, onun maşını olduqda o, çox təəccüblənib.
DOSTLARINLA PAYLAŞ: