Oğru meymunlar
04 Avqust 2013 Bazar 16:56
Tebii qida qaynaqları yox olduğu üçün heyvanlar oğurluq etmeye mecbur olur.
Cənub Afrikanın Keyptaun şəhərində evlərə dadanan qrup 16 ayrı qrup şəklində gəzən 500 meymun, insanları canından bezdirib. ANS PRESS-in xarici mətbuata istinadən verdiyi məlumata görə, meymunlar evlərə girərək yemək və əşya oğurlayır.

Binalara dırmaşan meymunlar, evlərin açıq pəncərə və qapılarından girərək oğurluq edir. Daha çox meyvə oğurlayan meymunlar, bəzən evdən oyuncaq ya da pərdə kimi əşyalar da aparırlar. Ev sahibləri meymunları bibər qazı ilə qovmağa çalışırlar.

Marketlərə də hücum edən meymunlar, kilolarla banan oğurlayırlar. Bəzən maşınlara da qrup şəklində hücum edən meymunlar qida axtarırlar.

Mütəxəssislər, şəhərlərin genişlənməsi nəticəsində meymunların yaşadıqları meşəliklərin yerini binaların əvəz etdiyini və heyvanların təbii qida qaynaqları yox olduğu üçün oğurluq etmək məcburiyyətində qaldıqlarını söyləyirlər.




DOSTLARINLA PAYLAŞ:

oyunlar