Nəhəng hörümçək növü aşkarlanıb - Poecilotheria rajeai
05 Aprel 2013 Cümə 05:40
İnsan başı böyüklükdə olduğu bildirilən hörümçəyə “Poecilotheria rajeai”.
Şri Lankada yeni bir hörümçək növü aşkarlanıb. İnsan başı böyüklükdə olduğu bildirilən hörümçəyə “Poecilotheria rajeai” adı verilib. Pələng hörümçəklər ailəsinə mənsub olduğu bildirilən yeni növün ayaqları 20.5 cm-dir və üzərindəki rəngləri ilə oxşarlarından fərqlənir. Qarnında çəhrayı zolaq olan hörümçəyin ayaqlarında sarı və boz rəngli naxışlar var. Güclü zəhərə malik olan “Poecilotheria rajeai” ağaclarda yaşayır. Yeni növün “Qoliaf” adlı quşyeyən hörümçəkdən sonra 2-ci böyük hörümçək olduğu bildirilib.




DOSTLARINLA PAYLAŞ:

oyunlar