Mussolini və sevgilisi bu sığınacaqda gizlənirmiş
27 Mart 2013 Çərşənbə 15:48
İkinci dünya müharibəsi illərində tikilən sığınacaq 2011-ci ildə aşkar edilib.
İnternetdə Benito Mussolinin borbardmanlardan gizlənmək üçün nəzərdə tutulan sığınacağının fotoları yayılıb. Gizlin hərbi bunkerin xüsusi olaraq italiyalı diktator Mussolini və sevgilisi Klarnett Petaççi üçün inşa edilib. Bunker Romadakı faşistlərin baş qərargahından 15 metr altda olub. 1942-ci ildə tikilən beton sığınacaq o qədər gizlin olub ki, onu ancaq 2011-ci ildə tapmaq mümkün olub.

Mühəndislər keçmiş qərargah olan binanın təmiri zamanı dəmir lyuk aşkar ediblər. Kərpiç pilləkənlə aşağı enən inşaatçılar 80 kvadrat metr sahəsi olan bunkeri aşkar ediblər.

Sığınacaq 9 otaqdan ibarətdir. Onun çıxışlarından biri San Marko kilsəsinə, digəri isə başqa sığınacağa keçir.

Yaxın günlərdə sığınacağın ictimaiyyətə açılacağı gözlənilir.







DOSTLARINLA PAYLAŞ:

oyunlar