Milyoner oldu, amma 6 ildir dəyişilmədi
02 İyul 2013 Çərşənbə Axşamı 05:19
Cekpod udaraq 12.3 milyon funt-sterlinqin sahibi olan Devid Eşkroft mebel ustası işləyir.
İngiltərədə 2007-ci ildə cekpod udaraq 12.3 milyon funt-sterlinqin (14 milyon 678 min manat) sahibi olan Devid Eşkroftun həyatında heç nə dəyişilməyib. Daha əvvəl olduğu kimi yenə də mebel ustası işləyən Eşkroft sadəcə sürdüyü avtomobilin bir az bahalısını alıb.

Ata-anasına və bəzi qohumlarına yardım edən Eşkroftun qonşuları da onun sadə həyat tərzi sürdüyünü deyiblər. Hazırda da valideynləri ilə birlikdə yaşayan Eşkroft 16 yaşında məktəbdən ayrılaraq mebel ustası işləməyə başlayıb. O, həyatından məmnun olduğunu bildirir.








DOSTLARINLA PAYLAŞ:

oyunlar