Milyon dollarlıq yolkalar
28 Noyabr 2013 Cümə Axşamı 07:02
Yaponlar enenevi qızıl yeni il ağaclarını teqdim edibler.
Yaponlar enenevi qızıl yeni il yolkalarını hazırlayıblar. ANS PRESS-in lenta.ru-ya istinadla verdiyi melumata göre, ağaçı her il bayramqabağı bu cür bahalı işlere imza atan zergerlik firmalarından biri erseye getirib. "Tanaka Kikinzoku Jewelry"nin bu ilki ağaçı 500 milyon yen - yeni 5 milyon dollar deyerindedir. Yolka Disney personajları ile bezedilib. Ağaçın çekisi ise 43 kq-dır.


Yapon zərgərlərin öncəki illərdə hazırladıqları bahalı yolkaları təqdim edirik.
Qızıl milyon dollarlıq yolkalar kiminsə cibinə görə deyilsə o, gümüş ağacla özünü sevindirə bilər. 20 sm-lik ağac gümüş və qızılla işlənib. Onun dəyəri "cəmi" 16 min dollardır.


Bu ilin sentyabrında 10 milyon dollara başa gələn yolka təqdim edilmişdi. Qiymətin belə astronomik olmasına səbəb onun oyuncaqları olub. Belə ki, oyuncaqların hər biri təmiz qızıldan idi.


2012-ci ildə də hazırlnan yolka Disney personajlarına həsr edilib. 50 cizgi filmi qəhrəmanı olan ağac 4,2 milyon dollar olub.


2011-ci ilin Yeni il atributu 2,4 metr, 12 kq olub. 2 milyon dollarlıq yolkanın təhlükəsizliyini təmin etmək üçün ona mühafizəçilər də ayrılmışdı.


"Tanaka Kikinzoku Jewelry"nin bu yolkasının qızıl bəzəkləri ürək və güllər formasında olub.


2007-ci ilin parıldayan yoldkası 1,7 milyon dollara başa gəlib.


2006-cı ildə təmiz qızıldan hazırlanan ağaç 21 kq çəkiyə 850 min dollar qiymətə malik olub.


Həmin il yaponlar qızıldan açıqca hazırlayıblar. 254 min dollarlıq açıqcanın içərisində isə yolka olub.


2005-ci ildə dəbdəbəli ağac nisbətən kiçik olub. 1 metr, 9 kq çəkisi olan ağac 380 min dollar qiymətə malik olub.



DOSTLARINLA PAYLAŞ:

oyunlar