Milyon dollarlıq əsərin qəribə taleyi
09 Sentyabr 2013 Bazar Ertəsi 20:08
Vinsent Van Qoqun indiyə kimi bəlli olmayan yeni əsəri peyda olub.
Vinsent Van Qoqun Amsterdamda yerləşən muzeyi rəssamın indiyə kimi heç kimə bəlli olmayan "Monmajurda qürub" adlı rəsmini aşkarlayıb. ANS PRESS “Associated Press”ə istinadən bildirir ki, əsərdə Monmajur monastrının xarabalıqları yerləşən qayalıq arxasında günəşin batması təsvir olunub.
Van Qoq “Monmajurda qürub” əsərini 1888-ci ildə Arlda çəkib. Aydın olub ki, əsər rəssamın qardaşı Teo Van Qoqa məxsus olub və 1901-ci ildə satılıb. Sahibləri əsəri 1991-ci ildə muzeyə gətirib, amma muzey onu gerçək saymayaraq geri qaytarıb. Çünki əsərin üzərinə Van Qoqun imzası olmayıb. Nəticədə, “Monmajurda qürub” 20 il çardaqda toz altında qalıb. Əsər sentyabrın 20-də sərgiyə çıxarılacaq.
DOSTLARINLA PAYLAŞ: