Meymunlar sosial şebekeden istifade edecek
14 Avqust 2013 Çərşənbə 12:44
“iPad”in meqsedi ziyaretçilere insanların meymunlarla ne qeder oxşar olduqlarını aşılamaqdır.
Vaşinqtonda yerləşən Smitsonov milli zooparkı dünyada “Apps for Apes” proqramına qoşulub. ANS PRESS Azərbaycan Milli Elmlər Akademiyasına istinadən xəbər verir ki, Proqram “iPad” vasitəsilə qəfəsdə olan meymunların həyatına “rəng qatmaq” üçün nəzərdə tutulub. Belə ki, zoopark işçiləri həftədə iki dəfə oranqutanlar üçün planşet vasitəsilə zehni oyunlar oynamağa şərait yaradırlar. Meymunlar həmçinin rəsm çəkmək və musiqi alətlərinin təqlidi proqramları ilə qarşılıqlı əlaqədə olur, hətta televiziya verilişlərinə baxırlar.

İstehsalçıların sözlərinə görə, onlar meymunlar üçün nəzərdə tutulmuş proqramları hazırlayarkən uşaqların istifadə etdiyi proqramların hazırlanması metodlarından yararlanırlar.

Zoopark nəsli kəsilməkdə olan meymunların müdafiəsi üzrə “Orangutan Outreach” adlı xeyriyyə proqramıyla əməkdaşlıq edir. Nəzarətçilərin sözlərinə görə, “iPad” ziyarətçilərə insanların meymunlarla nə qədər oxşar olduqlarını aşılamaqla yanaşı, həm də onlarda meymunların xilası üçün yardım etmək əzmini gücləndirir.

Güman edilir ki, zaman keçdikcə müxtəlif qitələrdə yaşayan oranqutanlar bir-biri ilə “FaceTime” kimi videokonfrans proqramlarının köməyilə ünsiyyət qura biləcəklər. Daha bir ideya isə meymunların birbaşa qəfəslərdə istifadələri üçün “möhkəmləndirilmiş” iPad-lərın hazırlanmasıdır.

Qeyd edək ki, artıq 12 ölkədəki zoopark “Apps for Apes” proqramına qoşulub


DOSTLARINLA PAYLAŞ:

oyunlar