Mexikoda kütləvi toy mərasimi
17 Fevral 2013 Bazar 15:26
412 cütlük eyni zamanda nigah kəsdirib.
Meksikanın paytaxtı Mexikoda 412 cütlük eyni zamanda nigah kəsdirib. Kollektiv nigah mərasimində şəhərin meri Migel Anhel cütlüklərə hədiyyələr paylayıb. Onların nigah haqqında şəhadətnamə vəsiqələrini paylayıb. Daha sonra şəhər meri yeni evlənənlərlə birgə nəhəng toy tortunu kəsib.
Migel Anhel deyib ki, 412 nəfərin eyni zamanda ailə həyatı qurması Mexikoda rekord qırıb.
Qeyd edək ki, Mexikoda 2009-cu ildən eynicinslilərin nigaha daxil olmasına icazə verilir. Mexiko Latın Amerikasında lesbiyan və geylərə rəsmi şəkildə “ailə qurmağa” icazə verən ilk şəhərdir.
DOSTLARINLA PAYLAŞ: