Məşhur müğənni başını qırxdı, ağlayaraq üzr istədi
03 Fevral 2013 Bazar 02:09
Başını qırxdıraraq ağlayıb üzr istəmək yapon ənənəsinə görə peşmanlığın nümayişidir.
Yaponiyalı məşhur müğənni Minami Mineqişi başını qırxıb və ağlayaraq pərəstişkarlarından üzr istəyib. Buna səbəb gənc müğənninin sevgilisiylə çəkdirdiyi foto şəkillərin jurnallardan birində yayılmasıdır.
Məlumata görə, 20 yaşlı müğənninin üzv olduğu “AKB48” qrupunun kəskin qaydaları var. Yaponiyada sevimlilik və məsumiyyətin rəmzi hesab olunan qrup öz üzvlərinə kişilərlə dostluğu qadağan edir. Üzvlərdən birinin eşq həyatı yaşamasının cəzası isə onun qrupdan qovulmasıdır. Mineqişi isə belə bir aqibətlə üzləşmək istəmir.
Qeyd edək ki, başını qırxdıraraq ağlayıb üzr istəmək yapon ənənəsinə görə peşmanlığın nümayişidir.
Pərəstişkarları isə Miknami Mineqişiyə sosial şəbəkədə öz dəstəklərini nümayiş etdiriblər.