Hakimin əvvəlki vəzifəsinə qayıda bilməsi üçün yenidən imtahan verməsi lazımdır.
Rusiyada məhkəmə prosesində yatan hakim işdən qovulub. ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, Blaqoveşensk şəhər hakimi Yevgeni Makhno 5 illik həbs cəzası verdiyi bir iş adamının məhkəmə işini araşdırarkən məhkəmə salonunda yatdığı meydana çıxıb.
Hakimin yatması səhnəsi məhkumun vəkilinin çəkdiyi videolardan aydın olub və bu hadisə internet və televiziyalarda yayımlanaraq ölkədə böyük əks-sədaya səbəb olub. Lakin hakim isə yatmadığını, gözlərini yumaraq müttəhimi dinlədiyini iddia edib.
Qeyd edək ki, hakimin öz əvvəlki vəzifəsinə qayıda bilməsi üçün yenidən imtahan verməsi lazımdır.