Marsda yaşaya bilən bakteriyalar tapılıb
03 Yanvar 2013 Cümə Axşamı 21:57
Rusiyalı və amerikalı alimlər Kolımanın əbədi donmuş sahillərində “Carnobacterim” növündən bakteriyalar aşkar edib.
Rusiya və Amerikadan olan alimlərin beynəlxalq qrupu Kolımanın əbədi donmuş sahillərində “Carnobacterim” növündən bakteriyalar aşkar ediblər. Bu mikroorqanizmlər oksigenin və təzyiqin yüksək olduğu temperatur şəraitində böyümək və artmaq qabiliyyətinə malikdir. Belə şərait isə daha çox Marsdakı atmosferə uyğun gəlir. “Spigel Online” saytı “Proceedings of the National Academy of Sciences” (Milli Elmlər Akademiyasının iş protokolu) jurnalında dərc olunmuş elmi işin qısa məzmunu təqdim edib.

Tədqiqatçılar bakteriyaları Kolımanın sağ sahilindəki qumlu çöküntülərin 12-20 metr dərinliyindən çıxarıblar. Alimlər çıxarılmış qumu yuyaraq üzərinə tərkibində çoxlu qidalandırıcı maddələr olan məhlul töküblər. Bakteriyalar koloniyasını normal atmosferdə 28 dərəcə temperaturda bəsləmiş, yalnız bundan sonra onları Qırmızı planetin şərtləri əsasında sınaqdan keçirmişlər.

Təcrübə 30 gün davam edib. Məlum olub ki, 10 min ştammdan yalnız altısı zəif oksigen, sıfır dərəcə temperatur və Yer təzyiqindən 150 dəfə aşağı - 7 millibar təzyiq şəraitində törəmək qabiliyyətinə malikdir. AzərTAc-ın məlumatına görə, bakteriyaların hamısı “Carnobacterium” növünə aid olub. Təəccüblüdür ki, ştammlardan biri hətta bu cür şəraitdə normal təzyiqi və oksigen atmosferi olan şəraitdəkindən daha yaxşı inkişaf edib. Müəlliflərin qeyd etdiyi kimi, alınmış nəticələr Marsda həyatın varlığının mümkün olub-olmadığını nəzərdən keçirmək üçün vacibdir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar