NASA yeni tapıntı barədə hər hansı şərh verməyə tələsmir.
İnternetdə Mars səthində nəhəng canlının skeleti yer alan foto yayılıb. ANS PRESS-in məlumatına görə, "Curiosity 2 marsaxodunun çəkdiyi foto sonradan "YouTube" videoportalına yüklənib.
Bu görüntülərdə Mars səthində nəhəng kərtənkələyə bənzər naməlum heyvanın skeleti olduğu görünür. Bu fakt sübuta yetirilsə o zaman alimlər uzun müddət "Marsda həyat varmı" sualına cavab tapmış olacaqlar. NASA isə yeni tapıntı barədə hər hansı şərh verməyə tələsmir.